Accessibility links

Energetika naziri Rusiya enerji həftəsinə qatılacaq


Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya energetika naziri Aleksandr Novakın dəvəti ilə “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak üçün Moskvaya səfər edib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, nazir oktyabrın 3-də “Rusiya Enerji Həftəsi”ndə “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları“ mövzusunda çıxış edəcək.

Oktyabrın 3-dən 7-dək keçiriləcək tədbirdə Rusiya prezidenti Vladimir Putinlə yanaşı bir çox ölkənin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak edəcək.

Məlumatda deyilir ki, Pərviz Şahbazov “Simens” şirkətinin “Rusiya Enerji Həftəsi”ndə təşkil olunan “Enerji sisteminin gələcəyi” adlı tədbirinə də qatılacaq.

“Azərbaycanla Rusiya arasında energetika, neft-qaz sahələrində sıx əlaqələr mövcuddur və bu əməkdaşlıq yeni layihələrlə möhkəmləndirilir”, Azərbaycan Energetika Nazirliyi bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG