Accessibility links

Azərbaycan və Türkmənistan 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalayıb


Elmar Məmmədyarov və Rəşid Meredov
Elmar Məmmədyarov və Rəşid Meredov

Bu gün, oktyabrın 18-də Bakıda Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistan tərəfindən Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov rəhbərlik edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə məsləhətləşmələr çərçivəsində tərəflər siyasi-diplomatik, o cümlədən ən yüksək səviyyədə səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirələr aparıb. Aktau zirvə toplantısında imzalanmış Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyanın tarixi əhəmiyyəti bir daha önə çəkilib.

İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqda müşahidə edilən müsbət dinamika qeyd edilərək onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə, ayrı-ayrı dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri müzakirə edilib. Logistika, sənaye və mədəni-humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulanıb.

Məsləhətləşmələrin yekunlarına dair nazirlər səviyyəsində Azərbaycan və Türkmənistanın Xarici İşlər Nazirlikləri arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb.

XS
SM
MD
LG