Accessibility links

Con Bolton: “Azərbaycanla münasibətlər ABŞ üçün yüksək prioritet təşkil edir”


İlham Əliyev və Con Bolton
İlham Əliyev və Con Bolton

"Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir". Prezident İlham Əliyev bu barədə oktyabrın 24-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşü zamanı deyib.

Azərbaycan prezidentinin rəsmi saytının yaydığı məlumata görə, Əliyev ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında ABŞ-ın mühüm rol oynadığını xüsusi vurğulayıb.

Dövlət başçısı daha sonra ABŞ rəsmisini Qarabağ probleminin hazırki durumu ilə bağlı məlumatlandırıb. Qarabağla bağlı BMT-nin qəbul etdiyi qətnamələrə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan işğal etdiyi ərazilərdən çıxarılmasını vacib sayıb: "Ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır və Azərbaycan ümid edir ki, Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti praktiki nəticələr verəcək", İlham Əliyev bildirib.

Dövlət başçısı Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına toxunaraq, bu əməliyyatlarda iştirak edən hərbçilərin sayını 120 nəfərə qədər artırdığını deyib və bunu "Qətiyyətli Dəstək" missiyasına Azərbaycanın töhfəsinin yaxşı göstəricisi kimi dəyərləndirib.

İlham Əliyev energetika sahəsində Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə əməkdaşlıq həyata keçirildiyini və nəhəng qlobal layihələr reallaşdığını xüsusi vurğulayıb: "Bu layihələr sırasında "Cənub Qaz Dəhlizi" layihəsi böyük önəm daşıyır. 40 milyard dollar həcmində və Avropanın ən böyük infrastruktur layihəsi olan bu layihə başa çatmaq üzrədir və bu, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə və regional sabitliyə öz töhfəsini verəcəkdir".

Dövlət başçısı Con Boltonun səfərinə Azərbaycan tərəfin böyük önəm verdiyini, bu səfərin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyinə əminlik bildirib.

Con Bolton öz növbəsində Azərbaycanla münasibətlərin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayıb.

O, siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə də əlaqələrin önəminin artdığını bildirib.

Azərbaycana səfərinin mahiyyətinə toxunan Con Bolton səfəri çərçivəsində əlaqələrin hazırki durumu, beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlərlə bağlı məsələləri müzakirə etmək niyyətində olduqlarını deyib.

İqtisadi əməkdaşlığa toxunan Con Bolton qeyd edib ki, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu nəzərə alınaraq, ABŞ hökuməti Azərbaycanla enerji sahəsində, eləcə də başqa istiqamətlərdə, o cümlədən beynəlxalq terrorizm, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmindədir.

Con Bolton Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyib ki, ABŞ məsələnin Azərbaycan üçün piroritet məsələ olduğunu yaxşı anlayır və onun səfərinin əsas məqsədlərindən biri də münaqişənin həlli ilə bağlı vəziyyəti Azərbaycanın necə dəyərləndirməsi barədə daha ətraflı məlumat toplamaqdır.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG