Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcək


Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupu
Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupu

ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfərə gələcəklər".

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu ilin sonunadək daha bir görüşünün keçirilməsi nəzərdə tutulub.

"Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq", o qeyd edib.

Bundan öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 26-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda görüşüb. Bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra iki ölkə nazirləri arasında ikinci görüş idi. Bundan sonra sentyabrın 28-də Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

XS
SM
MD
LG