Accessibility links

İlqar Məmmədovun işi üzrə kassasiya şikayəti verilib


İlqar Məmmədov
İlqar Məmmədov

Vəkil Fuad Ağayev REAL Partiyasının sədri İlqar Məmmədovun işi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin 13 avqust tarixli son qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Şikayətdə İ.Məmmədova tam bəraət verilməsi istənilir.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarının olmasına baxmayaraq, ölkə hakimiyyəti uzun müddət onu azadlığa buraxmaqdan imtina edib.

2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İ.Məmmədovu iki il sınaq müddəti olmaqla vaxtından əvvəl şərti azadlığa buraxıb.

İlqar Məmmədov hesab edir ki, məhkəmədə onun günahlı olması sübut olunmayıb. Beynəlxaq birlik onu siyasi məhbus kimi tanıyıb.

İlqar Məmmədov həbsdən buraxıldıqdan sonra bildirib ki, onun həbsi qanunsuz olub və bu qanunsuz həbs qərarının çıxarılmasında 18 hakim iştirak edib. Məmmədov sentyabrda həmin hakimlərin cinayət məsuliyyətinə cəlb edilməsi xahişi ilə baş prokurora müraciət edib. Prokuroprluq REAL liderinin xahişini təmin etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG