Accessibility links

ABŞ Nəqliyyat Komandanlığının komandanı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olüb


ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens
ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens

Noyabrın 9-da ABŞ-ın ordu generalı, ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşmək məqsədilə Bakiya səfər edib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.

ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens
ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens

Səfirlik bildirir ki, general Layens prezidenti İlham Əliyev və Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə naziriin müavini general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.

Görüşlərdən sonra general Layens Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının çox sayda obyektləri ilə tanış olüb.

“General Layens Azərbaycanın beynəlxalq təhlükəsizlik, terrorizmlə mübarizədə verdiyi töhfələrə, Əfqanistan və daha geniş coğrafiyada təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün gördüyü vacib işə görə ABŞ tərəfindən Azərbaycanın yüksək dəyərləndiyini bir daha təstiqləyib”, xəbərdə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG