Accessibility links

“Siyasi Məhbuslarsız Azərbaycan” ictimai alyansı təsis edilib


“Siyasi Məhbuslarsız Azərbaycan” ictimai alyansı təsis edilib
“Siyasi Məhbuslarsız Azərbaycan” ictimai alyansı təsis edilib

Alyans zülmkar həbsxana əməkdaşlarının siyahısını tutacaq, qanunsuz həbs edilən insanların hüquqlarını müdafiə edəcək

Keçmiş vicdan məhbuslarının bir qrupu çərşənbə günü RATİ-də təsisçisi olduqları “Siyasi Məhbuslarsız Azərbaycan” ictimai alyansının təqdimatını keçiriblər.

Təsisçilərdən biri, keçmiş vicdan məhbusu Oqtay Gülalıyev ictimai birliyin əsas məqsədinin həbsdə olan vicdan məhbuslarının azadlıqlarına nail olmaq, qanunsuz həbs edilən məhbusların haqlarını qorumaq, saxlanma şəraitlərini yaxşılaşdırmaq uğrunda mübarizə olduğunu deyib. Bununla bağlı alyansın iş planının artıq təsdiqləndiyini söyləyib.

Vicdan məhbusu olmuş Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı Azərbaycanın siyasi dustaqların sayı baxımından dünyanın lider ölkələrindən biri olduğunu nəzərə çatdırıb. Bu problem həllini tapana qədər mübarizə aparacaqlarını deyən A.Hacılı bu sahədə yerli və beynəlxalq hüquq-müdafiə qurumları ilə əməkdaşlıq edəcəklərini vurğulayıb.

Keçmiş siyasi məhbus Sahib Kərimli sentyabrın 9-da 14 saylı həbsxanada baş verən
etiraza toxunub. Məhbusların dinc etirazını yatırmaq üçün həbsxanaya ordu hissəsi yeridilməsindən və bu həbsxanada cəza çəkən vicdan məhbusları Şahin Həsənli və hüquq müdafiəçisi Oqtay İsgəndərlinin taleyindən narahatlıq ifadə olunub.

Alyansın gələcək fəaliyyət istiqamətlərinə toxunan natiqlər qanunsuz həbs edilən məhbusların məlumat bankının yaradılmasını, bununla bağlı hesabatların, qurumun saytının hazırlanmasını, həbsxanalarda dustaqları işgəncələrə məruz qoyan həbsxana əməkdaşlarının “qara siyahısı”nın hazırlanmasını nəzərdə tutduqlarını deyiblər.

Hüquq müdafiəçisi Rəsul Cəfərli AŞPA-nın bu ilki payız sessiyasında Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi Kristofer Ştrasserin siyasi məhbus anlayışı ilə bağlı hesabatının qəbul olunması üçün parlamentarilərə müraciət ünvanlamağı təklif edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG