Accessibility links

ATƏT-in toplantısında azərbaycanlı siyasi məhbuslarla bağlı aksiya


ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında aksiya
ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında aksiya

Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun təşkil etdiyi zirvə toplantısında Azərbaycanda siyasi məhbuslarla bağlı aksiya keçirilib. Bu barədə Azadlıq radiosu məlumat yayıb.

Xəbərdə deyilir ki, sentyabrın 23-də əyinlərinə azərbaycanlı siyasi məhbusların şəkilləri yapışdırılmış köynəklər geyən fəallar konfrans zalına daxil olublar.

Sentyabrın 22-dən başlayan toplantıda əsasən insan haqları və demokratiya məsələləri müzakirə olunur. Tədbirdə ATƏT üzvü olan ölkələrin nümayəndə heyətləri, səfirlər, QHT rəhbərləri və tanınmış diplomatlar iştirak edirlər.

Müzakirələr oktyabrın 3-ə qədər davam edəcək.

Azərbaycanda 28 insan haqları müdafiə təşkilatı və hüquq müdafiəçisinin birgə hazırladığı siyahıda ölkədə 100-ə yaxın siyasi məhbus olduğu göstərilir.

XS
SM
MD
LG