Accessibility links

Beynəlxalq təşkilatlar Britaniya Olimpiya Assosiasiyasını Azərbaycanda siyasi məhbuslara azadlıq tələb etməyə çağırıb


Böyük Britaniya, Norveç, Niderland və digər ölkələrin 10-dan çox beynəlxalq hüquq müdafiə təşkilatı Böyük Britaniyanın Olimpiya Assosiasiyasının prezidenti Sebastyan Koeyə birgə müraciət göndərib.

Onlar lord Koeni Azərbaycanda kobud və kütləvi insan hüquqları pozuntularını nəzərə almağa çağırıb.

“Azərbaycanda misli görünməmiş hüquq pozuntuları, bir çox jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi haqqında məlumatları diqqətinizə çatdırırıq. Sizdən Azərbaycanda fundamental vətəndaş hüquqlarını ictimai şəkildə dəstəkləməyi xahiş edirik”-deyə müraciətdə bildirilir.

“Sizi İsveç Olimpiya Komitəsini örnək almağa, Olimpiya Xartiyasına və mətbuat azadlığı və insan ləyaqəti prinsiplərinə uyğun olaraq siyasi məhbusları azad etməyə çağırmağa və bu repressiyaları pisləməyə çağırırıq.

Belə bir bəyanat verməklə siz Azərbaycanın vətəndaş cəmiyyətinə fundamental hüquqlar uğrunda mübarizədə yalnız olmadıqları mesajı verəcəksiniz.

Azərbaycanda həbsdə olan onlarla fəal və hüquq müdafiəçisi üçün ədalət və azadlıq uğrunda mübarizələrində belə bir beynəlxalq diqqət çox vacibdir.

Biz Sizi bu fürsəti əldən verməməyə və oyunların başlamasına qalan bir neçə həftə ərzində bu addımları atmağa çağırırıq”-deyə müraciətdə vurğulanır.

Dünyaya Baxış

Dünyaya Baxış.Rusiya Odessaya raket zərbəsi endirib, ən azı 20 nəfər həyatını itirib
please wait

No media source currently available

0:00 0:10:27 0:00
XS
SM
MD
LG