Accessibility links

21 beynəlxalq təşkilat bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir


Beynəlxalq Koalisiya
Beynəlxalq Koalisiya

21 beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycan hökumətini bütün siyasi məhbusları azad edtməyə çağırıb.

Təşkilatların birgə bəyanatında hüquq müdafiəçiləri, jurnalistlər, blogerlər və fəallar daxil olmaqla 15 siyasi məhbusun azad edilməsindən razılıq ifadə olunur. Onların arasında Rəsul Cəfərov, Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Taleh Xasməmmədov, Anar Məmmədli, Rəşadət Axundov, Məhəmməd Əzizov, Rəşad Həsənov, Sirac Kərimli, Ömər Məmmədov, Nemət Pənahlı, Yadigar Sadıqov, həmçinin keçmiş dövlət məmuru Akif Muradverdyev var.

Daha bir siyasi məhbus, jurnalist Rauf Mirqədirov isə martın 17-də Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilib.

“Biz bu şəxslərin azadlığa buraxılması barədə məlumatlardan rahatlıq duyuruq, lakin bu 15 nəfərin heç biri həbs olunmamalıydı. Bundan əlavə, onlarla adam hələ həbsdədir. Onlar azad edilməlidir və bu siyasi motivli həbslərə son qoyulmalıdır”,“Hüquqlar naminə idman” kampaniyasının koordinatoru Rebekka Vinsent bildirib.

“Bundan əlavə, onlarla digər siyasi məhbus, o cümlədən jurnalistlər Xədicə İsmayılova, Seymur Həzi, vəkil İntiqam Əliyev, gənc fəal İlkin Rüstəmzadə, REAL Hərəkatının lideri İlqar Məmmədov həbsdədir. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun azadlığa buraxılmasını tələb edib.

Biz beynəlxalq ictimaiyyəti ilk növbədə digər siyasi məhbusların azadlığa buraxılmasına, həmçinin Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyətin yaxşılaşdırılması üçün gələcək islahatlara təkid etməyə çağırırıq”, bəyanatda vurğulanır.

Sənədi Article19, Civil Rights Defenders, Committee to Protect Journalists, Freedom Now, Front Line Defenders, Helsinki Foundation for Human Rights, Human Rights House Foundation, Index on Censorship, Institute for Reporters,Freedom and Safety, International Federation for Human Rights (FIDH), International Media Support, International Partnership for Human Rights, NESEHNUTI, Netherlands Helsinki Committee, Norwegian Helsinki Committee, PEN America, People in Need, Platform, Polish Green Network, Reporters Without Borders, World Organisation Against Torture (OMCT) təşkilatları imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG