Accessibility links

Azərbaycan həbsxanalarında mövcud durumla bağlı dinləmə


Siyasi m'hbuslar
Siyasi m'hbuslar

“Saxlanma yerlərində məhbusun normal qaydada çimmək, tualetdən istifadə etmək üçün şəraiti yoxdur. Kameralar “burjuy”, “adi” və “qara kameralar” deyə 3 qismə bölünüb”.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında” qanunun icra vəziyyəti və həbsxanalarda məhbuslarla rəftar qaydaları ətrafında ictimai dinləmə keçirib.

Siyasi məhbuslar
Siyasi məhbuslar
Forumda vəkillər, keçmiş siyasi məhbuslar, ictimai xadimlər, QHT rəhbərləri iştirak edib. Bununla yanaşı, ölkədə insan hüquqlarının monitorinqini aparan beynəlxalq təşkilatların (o cümlədən ATƏT-in), Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin, ədliyyə naziri yanında penitensiar sistemin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən və məhkumların islah olunmasında iştirak edən İctimai Komitənin üzvlərinin dinləmələrə qatılmaması qınanılıb.

Çıxışların əsas motivi həbsxanalarda rüşvətxorluq, qanunsuzluq, işgəncələrin davam etməsi ilə bağlı olub.

“Bizim Quantanamo, Rusiya, Gürcüstan və başqa ölkələrin həbsxanalarındakı işgəncələrdən xəbərimiz var. Amma Azərbaycan həbsxanalarındakı işgəncələrlə bağlı ictimaiyyət xəbərsizdir. Müstəqil hüquq müdafiəçilərinin həbsxanalarda monitorinq aparmasına imkan yaradılmalıdır”, keçmiş vicdan məhbusu Elşən Həsənov bildirib.

Çoxsaylı keçmiş vicdan məhbusu saxlanan şəxslərin hüquq və azadlıqlarını ehtiva edən qanunun icra edilmədiyini diqqətə çatdırıb.

“Qanunda nəzərdə tutulmasına baxmayaraq, tutulan şəxslərə yenə də yaxınları ilə telefon əlaqəsi saxlamağa, görüşməyə imkan vermirlər. Qanunda saxlanılan şəxsin istənilən qəzetə abunə yazılmaq, həmin çap məhsulunu almaq, öz vəsaiti hesabına mobil telefonla danışmaq, vəkillə istənilən vaxt görüşmək, alış-veriş etmək, hətta lotereya oynamaq hüququ var. Amma saxlanma yerlərində məhbusun normal qaydada çimmək, tualetdən istifadə etmək üçün şəraiti yoxdur. Kameralar “burjuy”, “adi” və “qara kameralar” deyə 3 qismə bölünüb”, deyə vəkil Elçin Namazov qeyd edib.

Oğlum Səid Dadaşbəyli uydurma ittihamla artıq altıncı ildir həbsdədir. O, indi də həbsinin səbəbini bilmir. İttihamnamədə yazılıb ki, Səid və onun dəstəsi Azərbaycanda hakimiyyəti devirib və Səid bir ay prezident olub. Oğlumu və onunla həbs edilən 9 nəfəri istintaq dövründə hər gün döyüblər. Onlardan bir nəfəri 2007-ci ildə işgəncələrdən vəfat etdi

Keçmiş vicdan məhbusu Oqtay Güləliyev Şüvəlan istintaq təcridxanasında saxlandığı 6 gün ərzində onun ailəsi ilə belə əlaqə saxlanmasına imkan verilmədiyini deyib.

“Görüşə də icazə vermirlər. Görüşlərin verilməsində də ayrı-seçkilik edirlər”, deyə o xatırladıb.

Hüquq müdafiəçiləri çoxsaylı insanların uydurma ittihamlarla həbs edildiyini deyib. Onların sözlərinə görə, saxlanma yerlərində insanların ərzaq təminatı, təhlükəsiz yaşamaq, etiqad, şikayət etmək, tibbi yardım almaq və s. hüquqları hər gün pozulur.

“Oğlum Səid Dadaşbəyli uydurma ittihamla artıq altıncı ildir həbsdədir. O, indi də həbsinin səbəbini bilmir. İttihamnamədə yazılıb ki, Səid və onun dəstəsi Azərbaycanda hakimiyyəti devirib və Səid bir ay prezident olub. Oğlumu və onunla həbs edilən 9 nəfəri istintaq dövründə hər gün döyüblər. Onlardan bir nəfəri 2007-ci ildə işgəncələrdən vəfat etdi”, deyə Səid Dadaşbəylinin anası Qətibə Dadaşbəyli qeyd edib.

Siyasi və vicdan məhbusları ölkədə uydurma ittihamlarla həbs edilən bütün insanların hüquqlarının müdafiəsini vacib sayır.

“Bunun üçün bütün ictimai müdafiə komitələri bir mərkəzdə birləşməlidir. Həbsxanada minlərlə insan uydurma ittihamlardan əziyyət çəkir”, keçmiş vicdan məhbusu Tural Abbaslı bildirib.

Vicdan məhbusları saxlanılanlara verilən dövlət vəkillərinin əksər hallarda istintaqın xeyrinə işlədiyini bildirib.

“Bu vəkillər tutulan şəxslərin hüquqlarını müdafiə etmədiyinə görə məhbuslar tərəfindən “paykovoy vəkillər” adlandırılır. Məhbuslar arasında bu vəkillərə dərin nifrət var. Onların qanuni vəkillik borclarını yerinə yetirməsi üçün ictimai nəzarət lazımdır”, həbsdə olmuş jurnalist Abdulla Cəfərli bildirib.

Dinləmələrdə jurnalist Əvəz Zeynallı, ictimai fəal Hilal Məmmədovun, siyasi və ictimai fəalların hüquqlarının pozulması faktlarına da diqqət çəkilib.

“Azərbaycanda problem qanunların pozulması deyil, problem siyasi hakimiyyətlə bağlıdır. Ona görə də hamı siyasi sistemə qarşı birləşməlidir”, deyə Hilal Məmmədovun hüquqlarını ictimai müdafiə komitəsinin sədri Rafiq Cəlilov bildirib.

Öz növbəsində, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bir qayda olaraq cəzaçəkmə müəssisələrinə qanunvericiliyə əməl edildiyini, işgəncə faktlarının olmadığını bildirir. Penitensiar Xidmət həmçinin məhbusların normal qida, tibbim yardımla təmin edildiyini, təhlükəsiz şəraitdə saxlanıldığını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG