Accessibility links

Siyəzəndə polis aksiyanı dağıdır [Videolar]


Siyəzəndə polis aksiyanı dağıdır
please wait

No media source currently available

0:00 0:01:22 0:00

Siyəzəndə polis aksiyanı dağıdır

Saxlananlar var

Yanvarın 12-dən başlayaraq Azərbaycanın bir neçə rayonunda, - Ağcabədi, Lənkəran, Siyəzəndə bahalaşma və işsizliyə etiraz olaraq aksiyalar keçirilib. Siyəzən rayonunda aksiya yanvarın 13-də də davam edir, polis aksiyanı gözyaşardan qazla dağıtmağa çalışır.

Dünən Siyəzən şəhərində (Bakıdan 100 kilometr şimal) sosial tələblərlə başlayan etiraz aksiyası zamanı polislə toqquşma yaranıb.

Ötən axşam polis aksiya iştirakçılarının həbsinə başlayıb. Lakin yanvarın 13-də səhər yüzlərlə adam rayon icra hakimiyyətinin qarşısına toplaşaraq saxlanılanların azad edilməsini tələb edib.

Polis aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Şəhərə Daxili İşlər Nazirliyinin xüsusi bölmələri gətirilib.

Siyəzəndə polis aksiyanı dağıdır
please wait

No media source currently available

0:00 0:00:43 0:00

Yerli polis bölməsindən etiraz aksiyası və saxlanılanlar barədə məlumatı Amerikanın Səsinə təsdiqləyib.

Mənbənin məlumatına görə, aksiya dağıdılıb, çünki şəhər hakimiyyəti ilə razılaşdırılmayıb.

Etirazların qarşısının alınması üçün güc tədbirləri davam etdirilir.

Saxlananlar var.

Xatırladaq ki, yanvarın 12-də ölkənin dörd rayonunda - Lənkəran, Füzuli, Siyəzən və Ağcabədidə qiymət artımına yol verilməməsi tələbilə analoji etiraz aksiyaları keçirilib.

Hökumət bu etirazları şərh etmir. Lakin Lənkəran rayon icra hakimiyyətinin başçısı bildirib ki, adamlar spirtli içkilərin nağd satışına qadağa qoyulmasından narazıdır.

XS
SM
MD
LG