Accessibility links

Siyəzəndə etiraz


Siyəzən şəhəri
Siyəzən şəhəri

“Siyəzən Broyler” Səhmdar Cəmiyyətinin 500-dən çox işçisi əmək haqqının az olmasına etiraz edib

Martın 7-də səhər saatlarında “Siyəzən Broyler” Səhmdar Cəmiyyətinin 500-dən çox işçisi Siyəzən rayon İcra Hakimiyyətinin qarşısında etiraz edib. İşçilərin əsas tələbləri əmək haqqının azlığı və vaxtında ödənilməməsi olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. İşçilərin şikayətləri İcra Hakimiyyəti tərəfindən dinlənildikdən sonra polis onları avtobuslara dolduraraq iş yerlərinə aparıb.

Siyəzən rayon İcra Hakimiyyətindən aksiyanın keçirildiyi təsdiqlənib

. “İşçilərin şikayətləri İcra Hakimiyyəti tərəfindən dinlənildi və hazırda tələblərin yerinə yetirilməsi istiqamətində iş aparılır”, - İcra Hakimiyyətinin məsul şəxsi Amerikanın Səsinə bildirib. Onun dediyinə görə, “Siyəzən Broyler”də işçilərin orta aylıq əmək haqqı 140-150 manatdır.

Öz növbəsində “Siyəzən Broyler” Səhmdar Cəmiyyətinin baş mühasibi Azad Tağıyev Amerikanın Səsinə bildirib ki, hazırda bütün işçilər iş yerinə qayıdıblar.

“İşçilərin hamısı hazırda iş yerindədir. Əmək haqlarının vaxtında verilməməsi ilə bağlı iddialar düzgün deyil, maaşlar vaxtında verilir. Fabrikdə ən az maaş 200 manatdır. İşçilərin arasında 500 manat maaş alanlar da var”, - o qeyd edib.
XS
SM
MD
LG