Accessibility links

10 min il əvvəl yaşamış insanın dərisi qara və gözləri mavi olub


Alimlər İngiltərə mağarasında aşkar edilən 10 min il əvvələ məxsus skeletin DNK-nın həmin insanın qaradərili və gözlərinin mavi olduğunu göstərdiyini bildirir.

Britaniyanın Milli Tarix Muzeyi və Londonun Kollec Universitetinin alimləri “Çeddar adamı” adlandırdıqları skelet üzərində təhlil keçirib. Bu, 1903-cü ildə İngiltərədə aşkar edilən ən yaşlı və ilk bütöv skeletdir.

Alimlər beyin sümüyünün tozundan onun qıvrım saça və olduqca qara dəriyə malik olduğunu müəyyən edib.

Tədqiqatçılar araşdırmaların nəticələrini avropalıların açıq dəriyə əvvəlcə düşünüldüyündən çox sonra malik olduqlarına sübut kimi qiymətləndirir.

XS
SM
MD
LG