Accessibility links

Viktoria Skripal: Ata-balanın yaşamaq şansı çox deyil


Rusiyalı keçmiş casus Sergei Skripal və qızı Yuliyanın sinir qazı zəhərlənməsindən sağ çıxmaq şansı azdır. Bunu keçmiş casusun qardaşı qızı deyib. Qeyd edək ki, İngiltərənin Solsberi şəhərində baş vermiş insident beynəlxalq qalmaqal yaradıb.

Viktoria Skripal martın 28-də BBC-nin rus xidmətinə deyib ki, ata-balanın yaşamaq şansı çox deyil.

SAĞ QALSALAR BELƏ...

99 faizdən bəlkə də 1 faiz ümidim var. Bu insident onların yaşamasına çox kiçik şans buraxıb”, – deyən Viktoria Skripal əlavə edib ki, hətta sağ qalsalar belə, “ömürlərinin qalan hissəsini əlil kimi keçirəcəklər”.

Rusiyada yaşayan Viktoria Skripal deyib ki, keçmiş casusun yaşlı anasına insident barədə bir söz deməyiblər.

Britaniya hökuməti martın 4-də baş vermiş hadisənin hərbi dərəcəli Novichok sinir qazıyla törədildiyini, buna görə Moskvanın məsuliyyət daşıdığını bildirib.

Bu hadisədən sonra Qərbin 28 ölkəsindən 150-dən çox rusiyalı diplomat çıxarılıb.

Bu arada Britaniya polisi bildirib ki, keçmiş casusla qızının Novichok qazına Solsberidəki evlərinin giriş qapısında məruz qaldıqlarını düşünürlər. Burada ölümcül qazın yüksək konsentrasiyası aşkarlanıb.

Rusiya zəhərlənmədə əli olmadığını deyir. Martın 28-də Rusiya tərəf belə bir versiya ortaya atıb ki, həmin hücumu Britaniyanın öz kəşfiyyat xidmətləri təşkil edə bilərdi.

Rusiyanın ATƏT-dəki elçisi Aleksandr Lukashevich martın 28-də deyib ki, rusiyalı diplomatların Qərb ölkələrindən kütləvi qovulması “günahı sübuta yetirilməyən ölkənin kollektiv şəkildə cəzalandırılması kimi təhlükəli presedent” yaradıb.

CİDDİ DİPLOMATİK HƏRƏKƏT

Luksemburq, Slovakiya və Malta da qərb cəbhəsinə qoşularaq Moskvadakı səfirlərini məsləhətləşmək üçün çağırdıqlarını bildiriblər.

Slovakiyanın xarici işlər naziri Miroslav Lajcak səfirin geri çağrılmasını ciddi diplomatik hərəkət adlandırıb.

Son 25 ildə Moskvadakı səfiri geri çağırmamışıq”, – o, ölkəsinin TASR xəbər agentliyinə söyləyib. Slovakiya Avropa Birliyinə qoşulandan Rusiyayla dost münasibətlərini saxlayıb.

Avstriya Rusiyayla bağlı tədbir görməsə də, AB-nin Rusiyadakı elçisini geri çağırmaq qərarını dəstəklədiyini bildirib.

Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Moskvanın diplomatlarının Qərb ölkələrindən qovulmasına uyğun şəkildə cavab verəcəyini vurğulayıb.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov isə “bütün variantların masanın üstündə olduğunu” söyləyib.

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG