Hollandiya məhkəməsi nüfuzlu siyasətçiyə qarşı qaldırılan nifrət çıxışı barədə məhkəmə işinin davam etdirilməsi barədə qərar qəbul edib. Məhkəmə siyasətçinin vəkillərinin prosesə son qoyulması barədə qaldırdığı vəsatəti təmin etməyib. Hakim Marsel van Osten çıxardığı qərara görə, parlamentin üzvü Gert Vilders aprel ayının 13-də yenidən məhkəmə qarşısına çıxmalıdır. O, dəfələrlə İslamı Nasist partiyası ilə müqayisə etməkdə ittiham olunur. Vildersin sözlərinə görə, o söylədikləri söz azadlığı ilə müdafiə olunur. Vilders artan təsir gücünə malik Azadlıq Partiyasının üzvüdür. Təqsirli bilinəcəyi təqdirdə Vilders 1 illik həbs və ya bir neçə min dollarlıq cərimə ilə cəzalandırıla bilər. Məhkəmə bu ilin iyun ayınadək son hökmü çıxarmalıdır.