Tunisin görkəmli İslamçı lideri Rəşid Qannuçi 22 il sürən müharicətdən sonra Tunisə qayıdıb. Minlərlə adam Londondan gələn Qannuçini qarşılamaq üçün aeroportda toplaşıb. Onun qayıdışı prezident Zine El-Abdin Ben Əlinin devrilməsindən sonra Tunisdə baş verən dəyişikliklərin göstəricisidir.
Qannuçi Tunisin əsas İslamçı hərəkatı olan Ennahda-nın rəhbəridir. Bu qurum 1989-cu il seçkilərində 17 faiz səslə hakim partiyadan sonra ikinci ən çox səs topladıqdan sonra Ben Əli tərəfindən qadağan olunmuşdu.
Devrilmiş prezident Ennahda-nı ekstremist qrup kimi qələmə vermişdi. İslam hərəkatları üzrə ekspertlər isə qrupun ideologiyasının Misirdəki Müsəlman Qardaşlığından daha mötədil olduğunu deyirlər.