Accessibility links

İslandiyada püskürən vulkan Avropanın hava nəqliyyatında yenidən məhdudiyyətlərə səbəb olub


Vulkan külünün Portuqaliyanın cənubu və Barselonanın şərqinə, eləcə də Fransanın cənubuna yayıla biləcəyi deyilir

İslandiyada yenidən püskürən vulkan Avropanın hava nəqliyyatında məhdudiyyətlərə səbəb olmuşdur. İspaniyanın onlarla aeroprtunda uçuşlar təxirə salınıb. Avropanın Hava Yollarına Nəzarət Agentliyi – Avrokontrol - bu gün vulkan külünün Portuqaliyanın cənubu və Barselonanın şərqinə, eləcə də Fransanın cənubuna yayıla biləcəyi və həmin bölgələrdə uçuşların təxirə salına biləcəyi barədə xəbərdarlıq edib. Artıq bir aydan çoxdur ki, vulkan səbəbindən Avropanın hava yollarında uçuşlar ara-sıra təxirə salınır. Avropa Birliyi vulkan üzündən aviaşirkətlərin üç milyard dollardan çox pul itirdiyini deyir.

XS
SM
MD
LG