Slovakiyada parlament seçkilərinin ilkin nəticələrinə görə, sabiq baş nazir Robert Fikonun Sosial Demokrat partiyası 150 yerli parlamanetdə 84 yer əldə edib. Bu partiya rüşvətxorluq qalmaqalının təsirinə məruz qalan dördpartiyalı koalisiya ilə yarışırdı. Fikonun tərəfdarları onu havaya qaldırıb, Bratislavadakı ofisi qarşısında rəqs ediblər. 2006-2010-cu illərdə baş nazir vəzifəsində çalışan Fiko seçkiqabağı kampaniyası zamanı sosial təminat sahəsini inkişaf etdirəcəyi, korporasiyaların vergilərinin artırılacağına vəd vermişdi.
Seçkilər vaxtından iki il əvvəl təşkil edilib. Belə ki, dördpartiyalı koalisiya avrozonada kredit planının artırılmasına razılıq vemədikdən sonra oktyabr ayında dağılmışdı.
Korrupsiya qalmaqalı isə parlament üzvlərinə rüşvət verildiyinə dair telefon söhbətlərinin üzə çıxması ilə baş qaldırıb. Bratislavada korrupsiya əleyhinə nümayişlər zamanı polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və bibər balonlarından istifadə etmişdi.