Accessibility links

Böyük qaçqın axını Sloveniyada toplaşır


Keçən həftənin şənbə günündən bəri sığınacaq almaq məqsədilə Sloveniyaya gələn minlərlə qaçqın ölkənin cənub sərhədinə toplaşıb.

Sloveniya rəsmilərinin dediyinə görə, Xorvatiyadan bazar ertəsi gələn 8 minə qədər qaçqına çərşənbə axşamı daha 4 min qaçqın əlavə olunub ki, onların arasında çox sayda körpə və azyaşlı uşaq var.

Sloveniya prezidenti Borut Pahor böyük qaçqın axınının öhdəsindən gəlmək üçün Xorvatiya ilə sərhədə əlavə polis dəstələrinin göndəriləcəyini deyib.

Çərşənbə axşamı Avropa Şurasının prezidenti Donald Task və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə Brüsseldə görüşündən sonra Sloveniya prezidenti Pahor deyib ki, Avropa Şurası onun ölkəsindəki qaçqın böhranında yardımçı olacaq.

​Kiçik, cəmi 2.2 milyon əhalisi olan Sloveniya Xorvatiyanı məsləhət görmədən sığınacaq axtaran böyük qaçqın kütləsini ölkəyə göndərməkdə ittiham edir.

XS
SM
MD
LG