Accessibility links

Donetsk və Luqanskda hökumət binalarının zəbti davam etdirilir


Rusiya il birləşmək tərəfdarları Ukraynanın şərq regionunda polis idarəsini ələ keçirib.

Ukraynanın daxili işlər naziri Arsen Avakovun bildirdiyinə görə, silahlı şəxslər Donetskdən 60 km-lik məsafədə yerləşən Slovyansk polis idarəsinin nəzarətini bu gün səhər ələ keçirib.

Donetskin polis idarəsinin rəisi istefa verib. O, polis idarəsini ələ keçirən etirazçıların tələbi ilə vəzifəsini tərk etdiyini bildirib.

Donetsk və Luqanskda hökumət binalarının zəbti davam etdirilir. Bu gün dövlət təhlükəsizliyi idarəsi də ələ kecirilib.

Ukraynanın baş nazirinin barışıq təklifləri separatistlər tərəfindən rədd edilib.

Ukraynanın şərq bölgəsində hökumət binalarını ələ keçirən separatistlərə verilən möhlət dünən başa çatıb.

Kalaşnikov tüfəngləri ilə silanlahmış və zirehli gödəkçələr geymiş nümayişçilər referendum tələb etdiklərini və yalnız bu halda silahlarını yerə qoyacaqlarını bildirib.

Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib ki, ya danışıqlar yolu ilə, ya da zor gücünə çümə günü ələ keçirilən binalar azad ediləcək.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk dünən Donetsk liderləri ilə görüşündən sonra qarşıdurmanın həll ediləcəyinə dair nikbinliyini dilə gətirib. O, mərkəzi hökumətin dialoqa hazır olduğunu və bütün vətəndaşların arzusunun nəzərə alınacağını deyib.

Ukraynanın müvəqqəti baş naziri Donetskdə olub.

Valilər və merlərlə görüşündən sonra Arsenir Yatsenyuk deyib ki, Ukraynanın dəyişdirilən konstitusiyasına dəstək verib və konstitusiyaya görə yerli hökumətlər mərkəzi hökumət tərəfindən təyin edilməyəcək və hər bir regionun referendum keçirməyə haqqı var.

O, Ukraynada rus dilinə məhdudiyyətlər tətbiq edilməyəcəyini və hər kəsin azad şəkildə rusca danışmağa ixtiyarı olduğunu bildirib.

Lakin hökumətin hədələrinə baxmayaraq, gücdən istifadə edilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG