Accessibility links

Smartflower - alternativ günəş enerjisi mənbəyi [Video]


Bəzi ölkələr enerji mənbəyi olaraq qalıq yanacaqlarından asılıdır. Bu ölkələrdən biri də Filippindir. Amma indi “çicək” adlı yeni günəş enerjisi orada istifadə olunan təmiz enerji alternatividir. Smartflower, yəni “ağıllıçicək” ənənəvi dam günəş panellərindən 40 faiz daha çox enerji istehsal edir.

Günəş panelləri
Günəş panelləri

Bu, müasir incəsənət parçasına bənzəsə də, əslində mükafata layiq görülən günəş enerjisi sistemidir. Günəbaxandan ilhamlanaraq düzəldilən bu dizaynın 12 günəş paneli var. Ümumi sahəsi isə 59 kvadrat metrdir. Hər panel fırlandıqca günəşin şüalarını özünə çəkir.

“Smartflower göstərişli bərpa olunan enerji mənbəyidir. Onunla siz dostlarınıza, iş yoldaşlarınıza, biznes partnyorlarınızıa və hətta rəqiblərinizə ətraf mühitə qayğı ilə yanaşdığınızı və karbon emissiyalarını azaltdığınızı göstərə bilərsiniz”, deyə Smartflower Pacific-in prezidenti Con MakEnro bildirir.

Hər Smartflower asanlıqla bir yerdən başqa yerə aparıla və müstəqil işləyə bilər. Günəş doğanda sistem açılır, və ya “çiçək açır”. Günəşin batdığını hiss edəndə isə bağlanır. Bundan əlavə sistem yağışlı havalar kimi pis havalarda da bağlanır.

Smartflower göstərişli bərpa olunan enerji mənbəyidir. Onunla siz dostlarınıza, iş yoldaşlarınıza, biznes partnyorlarınızıa və hətta rəqiblərinizə ətraf mühitə qayğı ilə yanaşdığınızı və karbon emissiyalarını azaltdığınızı göstərə bilərsiniz.
Con MakEnro

İnsanlara təmiz enerjidən istifadənin vacibliyini göstərmək üçün ilk Smartflower De La Salle Lipa universitetində quraşdırılıb.

“Onların diqqətini çəkərək, biz onları maarifləndirəcəyik, bundan nə üçün istifadə etdiyimizi başa salacağıq”, universitetin baş strategiya məmuru Arold Kapuloy deyir.

Universitet tələbələri isə artıq təmiz enerjinin vacibliyini anlayır.

“Biz enerjiyə qənaet edib, eyni zamanda da ətraf mühiti qorumaq istəyirik”, deyə elektrik mühəndisliyi tələbəsi Kristian Besiso bildirir.

Filippində enerjinin demək olar yarısı kömürdən əldə olunsa da, Smartflower onlara daha təmiz, bərpa oluna bilən enerjiyə əsaslanan alternativ irəli sürür.

XS
SM
MD
LG