Vaşiqnton Universiteti smartfonlar üçün yeni applikasiya icad edib. Bu applikasiya valideynlərə uşaqlarını qulaq infeksiyasına yoluxduğu zaman həkimə aparıb-aparmamaq qərarı verməsinə yardım edəcək.
"Elm" jurnalında dərc edilən məqalədə deyilir ki, applikasiya quş cikkiltisinə bənzəyən səs çıxarır və adi qıfın uşağın qulağına yerləşdirilməsi ilə infeksiya müəyyən edilir.
1.2 saniyə ərzində qulas pərdəsi arxasında maye və ya irin olduğu müəyyən edilərək, telefonun mikrofonu vasitəsi ilə əks-səda göndərilir.
"Bu, sanki şərab badəsini xatırladır " - deyə, layihəni inkişaf etdirən laboratoriyanın rəhbəri Syam Qollakotta bildirib.
"Şərab badəsinə vurduğunuz zaman şərabın səviyyəsindən asılı olaraq müxtəlif səslər eşitmək olur” - deyə o, sözünə davam edib.
Artıq bu layihənin sınaq reytinqi 85 faiz təşkil edir. Alimlər deyir ki, bu yolla diaqnozlaşdırma həkimlərin gözlə müayinəsindən daha dəqiqdir.
İnfeksiyanı müəyyən edən valideynlər dərhal həkimə müraciət etməlidir.
Qollakota bunun insanların həkimə müracilət etməsini müəyyənləşdirən termometrlə bənzərliyini önə çəkib.
Digər applikasiyalar
Qulas infeksiyası applikasiyası laboratoriyalarda inkişaf etdirilən digər applikasiyalardan yalnız biridir.
Hazırda böyük səhiyyə problemlərinin daha ucuz qiymətə qarşısının alınması qarşıya məqsəd qoyulub.
Qollakotanın komandası yuxusuzluq, yaxınları və dostlarının opioid dozalarını artıq şəkildə qəbul etdiklərini göstərən applikasiyalar üzərində işləyir.
Alimlər ümid edir ki, 2020-ci ilin sonunadək bu applikasiyalar geniş istifadəyə veriləcək.