İndi smartfonlar vərəm kimi yoluxucu xəstəlikləri müəyyən edən diaqnostik alət kimi istifadə oluna bilər. Bunun üçün isə onlara xüsusi avadanlıq taxılmalıdır.
İsveçli alimlər 3D-printeri vasitəsilə düzəldimiş mikroskop düzəldiblər. Bu mikroskop adi smartfonu DNT ardıcılığını müəyyən edən portativ cihaza çevirir.
“Cihaz budur. 3-D printeri ilə çap edilmiş bu cihaz telefonun altına yapışdırılır. Telefonun kamera bu tərəfdədir. Mikroskopun içində kamera modulunun qarşısında isə iki ədəd LED işıq var”, Science for Life laboratoriyasından Malt Kuhnemund bildirir.
Pasientlərin örnəkləri diapozitivin üzərinə yerləşdirilib, cihazın içinə taxılır.
Telefonun kamerası örnəyin şəklini çəkir, tədqiqatçılar isə şəkli yaxınlaşdırıb individual hücrələri görə bilirlər. Bu onlara DNT zəncirlərini analiz edib, xəstəliyə səbəb olan variantları müəyyən etməyə imkan yaradır.
Mikroskop vasitəsilə pasientdə vərəm bakteriyasının olub-olmadığını müəyyən edəndən sonra, pasient üzərində genetik test edilib, bakteriyada davamlı genlərin olub-olmadığını müəyyən etmək olar. Bundan sonra isə pasientə müvafiq anitbitoik verilə bilərMats Nilsson
Mikroskop smartfonun batareyası ilə işlədiyinə və başqa enerji mənbəyi tələb etmədiyinə görə, onu düzəldənlər mikroskopun xüsusilə də az resursları olan əlazilərdəki klinikalar üçün əlverişli ola biləcəyini deyir. Bu yeni texnologiya antibiotiklərə davamlı vərəmi müəyyən edib, müalicə etməyi asanlaşdıra bilər.
Mats Nilsson: “Mikroskop vasitəsilə pasientdə vərəm bakteriyasının olub-olmadığını müəyyən edəndən sonra, pasient üzərində genetik test edilib, bakteriyada davamlı genlərin olub-olmadığını müəyyən etmək olar. Bundan sonra isə pasientə müvafiq anitbitoik verilə bilər”.
Bu texnologiyanın bir başqa üstünlüyü isə ondan ibarətdir ki, smartfondakı şəkillər bulud texnologiyasına yüklənilə bilər. Beləcə dünyanın müxtəlif yerlərindən ekpertlər örnəkləri təhlil edib, diaqnoz qoya bilərlər. Mikroskopu hazırlayanlar onun 3-D printer vasitəsilə 500 dollardan ucuz bir qiymətə çap oluna biləcəyini deyir.