Accessibility links

Smartfonlar üçün meditasiya applikasiyası [Video]


Smartfonlar üçün meditasiya applikasiyası
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Məşğul və gərgin insanların ən böyük şikayətlərindən biri odur ki, onlar sakitləşib, rahatlaya bilmək üçün nə vaxt nə də yer tapa bilir. Yeni smartfon applikasiyası bu problemlərin həllinə yönəlib. Bu applikasiya çin üsuluna əsaslanaraq istifadəçilərə yolda ikən meditasiya etməyə imkan yaradır.

Çinli softveyr mühəndisi Penq Çenq stressdən azad olmaq üçün smartfonundakı “Sway” applikasiyasından istifadə edir. Applikasiya onu meditasiya proqramı ilə təmin edir. Bu meditasiya proqramı isə Çinin Tai Çi adlı köhnə müalicə üsuluna əsaslanır.

Meditasiya
Meditasiya

“Bundan istifadə etmək üçün bədəninizi yavaş, fasiləsiz və zərif bir şəkildə tərpədirsiniz. Bunu edəndən dərhal sonra telefon sizin hərəkətlərinizi müəyyən edir və sizə vacib rəylər verir”, deyə Çenq bildirir.

Bu isə çox mühümdür, çünki bir çox insan, xüsusilə də yeni başlayanlar, doğru hərəkətləri edib-etmədiklərini bilmirlər.

“Əslində ən əsası hərəkətlərin keyfiyyətidir. Siz uzun müddət boyunca asta, fasiləsiz və zərif hərəktlərin keyfiyyətini qoruyub-saxlamalısınız”, o deyir.

Çenq applikasiyanı isveçli digital məhsul studiyası ilə birlikdə tərtib edib. Applikasiya EEG skannerlərindən istifadə edərək, həm səsli həm də səssiz mühitlərdə sınaqdan keçirilib.

Britaniyada yerləşən Susseks universitetinin ekspertləri nəticələri yoxlayandan sonra, applikasiyanın insanları rahatlaşdırmağa yardım etdiyini və beynin iş yükünü azaltdığını təsdiq edib.

Lakin ənənəpərəstlər bunu qəbul etmir.

Məncə meditasiya etməyi bir applikasiyadan öyrənmək, YouTube videosundan üzməyi öyrəməyə bənzəyir. Applikasiya bəzi məsləhətlər almaq üçün yararlı ola bilsə də, üz-üzə təlimləri əvəz edə bilməz.
Maykl Miller

“Məncə meditasiya etməyi bir applikasiyadan öyrənmək, YouTube videosundan üzməyi öyrəməyə bənzəyir. Applikasiya bəzi məsləhətlər almaq üçün yararlı ola bilsə də, üz-üzə təlimləri əvəz edə bilməz”, deyə London Meditasiya Mərkəzinin direktoru Maykl Miller bildirir.

Sway applikasiyasını yaradanlar təlimçilərin apardığı meditasiya dərslərinin dəyərini inkar etmirlər. Onlar deyir ki, applikasiya sadəcə sakitləşmək istəyən insanların ehtiyaclarını qarşılayır.

Sway 3 dollara iOS cihazlarına yüklənə bilər.

XS
SM
MD
LG