Accessibility links

"Bizim qəbilədə insanlar ilanları arvadlarından çox sevir" [Video]


"Bizim qəbilədə insanlar ilanları arvadlarından çox sevir"
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Cənubi Asiyada ilan oynatmaq cəlbedici əyləncələrdəndir. Orada insanlar uşaqlarına ilan zəhəri verir, onları ilanlarla bir yerdə yatmağa qoyur, beləliklə zəhərli ilanlar uşaqların oyuncağına çevrilir. Pakistanın Sind vilayətində ilan oynatmaqla məşğul olan qəbilələr var.

Misri Cogi fleytada çalmağı və bu musiqi sədaları altında oğlunun rəqs etməsini sevir. Pakistandakı qəbilələrdən birində ilan oynatmaqla məşhur olan Cogi oğlunun da onun sənətini davam etməsini istəyir.

Onun dəstəsi vilayət boyu uşaqlara ilanla oyunlar göstərərək, çörək pulu qazanır. Bütün ilanlardan fərqli olaraq, oralarda gürzə müqəddəs sayılır. Ailədəki uşaq kimi müalicə olunur, qışda isə soyuq olmasın deyə, insanlar bu zəhərli ilanları özləri ilə yatırdır. “Bizim qəbilədə insanlar ilanları arvadlarından çox sevir. Onlar bizim dostlarımızdır, onlar səhayət boyu bizimlə olur” deyə, Cogi bildirir.

Bir də ona görə ki, bu insanlar gürzələrdən ilanvurmaya qarşı tilsim kimi istifadə edir. Yerli dildə bu tilsimə Manka deyirlər. Cogi əlinə bir ilan alır və ilan onu dişləyir. Onda biz möcüzənin necə baş verdiyini görürük. Manka ilan vuran yerdən zəhəri sorub çıxarır. Bundan sonar Cogi zəhəri pambığın içərisinə qoyur.

İlanla əlaqə buralarda demək olar ki, doğulandan başlayır. Uşaqlara gürzə zəhəri 5-6 aylarından verilməyə başlayır. Lakin imkanların artması, məktəblər və iş yerləri gənclərin bu sənətə marağını azaldır. Misri Cogi isə cəmiyyətdəki dəyişikliklərə baxmayaraq, onun qəbiləsində bu ənənənin davam edəcəyinə ümid edir.

XS
SM
MD
LG