Accessibility links

Kerri Snoudeni casusluq ittihamı ilə üzləşmək üçün ABŞ-a qayıtmağa çağırıb


ABŞ Dövlət katibi Con Kerri deyib ki, kəşfiyyat agentliyinin keçmiş kontraktoru Edvard Snouden casusluq ittihamı ilə üzləşmək üçün Birləşmiş Ştatlara dönməlidir.

Yüksək rütbəli ABŞ diplomatı sabiq milli təhlükəsizlik kontraktorunu pisləyərək, 30 yaşlı Snoudeni ölkəsinə xəyanət edən insan adlandırıb. Onun sözlərinə görə, Snouden ölkəsinin qüdrətinə olduqca güclü zərbə vurub.

Edvard Snouden bir il əvvəl ABŞ-ın dünyada apardığı kəşfiyyat əməliyyatları haqda Milli Təhlükəsizlik Agentliyinin məxfi sənədlərini müxbirlərə açıqladıqdan sonra Rusiyada sığınacaq alıb.

Yeni yayımlanan televiziya müsahibəsində Snouden NBC teleşirkətinin aparıcısı Brayn Uilliamsa heç bir zaman Rusiyada yaşamaq istəmədiyini, lakin ABŞ-ın o, əvvəlcə Honq Konqa, daha sonra Moskvaya səfər etməsindən sonra onun pasportunu ləğv etdiyinə görə Rusiyada qalmalı olduğunu deyib.

Con Kerri bunun mənasız bir cavab olduğunu və Snoudenin ABŞ-a dönmək istədiyi təqdirdə bunun üçün lazımı şəraitin yaradılacağını bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG