Accessibility links

“Antipinskiy” neft emalı zavodunun əsas iddiaçısı Azərbaycanın Socar təşkilatıdır


Rusiyada “Yeni axın” şirkətinin yaradıcısı və Tümendəki “Antipinskiy” neft emalı zavodunun keçmiş sahibi Dimitri Mazurov saxlanıb.

“Kommersant”ın məlumatına görə, o, Sberbank, Promsvyazbank və Absolyut-bank-ın kredit vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

Söhbət ümumilikdə 3 milyard dollardan da artıq vəsaitdən gedir.

Mənbənin məlumatına görə, Mazurov Fransaya uçmaq istəyərkən saxlanıb.

RBK isə onun,xarici səfərdən Moskvaya dönərkən saxlandığını xəbər verir.

Moskva Tverskoy məhkəməsi iyulun 15-də onun barəsində həbs-qətimkan tədbiri seçib.

Forbec-dəki mənbənin məlumatına görə, istintaq komitəsi və prokurorluğa ərizəni Antipinskiy neft emalı zavodu verib, amma faktın təşəbbüskarı Sberbankdır.

Mazurov bu zavodu sıfırdan Sberbankdan götürdüyü kreditin hesabına tikib.

Rusiyada ən böyük müstəqil zavodu olan Antipinskiy neft emalı zavodunun illik gücü 9 milyon tondur.

Mazurov və onun tərəfdaşları ötən il zavaoda neft almaq üçün vəsait tapa bilməmədilər və zəruru maliyyələşmə əvəzində zavoda idarəçiliyi Sberbanka verdilər.

İndi zavod iflas prosesindədir.Buna görə də Sberbank alıçı axtarışına başlayıb. Əsas iddiaçı Azərbaycanın Socar dövlət neft şirkətidir.

Zavodla həmçinin “RussNefti” şirkətinin sahibi Mikhail Gutseriyev və LUKOYL şirkəti də maraqlanırdı.

XS
SM
MD
LG