Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev noyabrın 1-də bildirib ki, Gürcüstanda SOCAR-ın biznesi genişlənir və qonşu ölkənin yeni hökuməti ilə heç bir problem yoxdur.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin yeni rəhbərliyi artıq SOCAR Energy Georgia-nın rəhbəri və Azərbaycanın bu ölkədəki səfiri ilə görüşüb. Onlar (Gürcüstan hökumətinin rəhbərləri) SOCAR-ın Gürcüstandakı investisiyalarını yüksək qiymətləndirib və gələcəkdə də fəal investisiya siyasətini davam etdirməyi xahiş edib.
“Gürcüstan rəhbərliyinin bu bəyanatı mətbuatda müxtəlif nəşrlərə baxmayaraq, bizə Gürcüstanda rahat işləmək imkanı verir”, deyə SOCAR rəhbəri qeyd edib.
Cənab Abdullayev bildirib ki, SOCAR Gürcüstanın qaz bazarında fəal işlər həyata keçirir və bu yaxınlarda şirkət Rusiyanın İTERA İnternational Energy LLC şirkətinin 100% “törəmə şirkəti” olan “İtera-Gürcüstan” şirkətini alıb.
Rövnəq Abdullayev kommersiya sirri olduğunu əsas gətirərək, sövdələşmə məbləğini açıqlamayıb. Lakin qeyd edib ki, “biz bu şirkəti çox pula almamışıq”.
Bu sözləşmədən sonra SOCAR Georgia Gas şirkəti faktiki olaraq, Qazaxıstanın “Kazmunayqaz” şirkətinin “törəməsi” tərəfindən nəzarət olunan Tbilisi istisna olmaqla, bütün Gürcüstan üzrə qaz paylanmasını “öz əlinə alır”.
SOCAR Georgia Gas və “İtera-Gürcüstan” SC arasında saziş 2012-ci il avqustun əvvəllərində bağlanıb.
“İtera-Gürcüstan” SC 100-dən çox müəssisənin, o cümlədən 38 regional qazpaylayıcı şirkətin qaz təchizatını təmin edir, onlardan 10-nun nəzarət paketi “İtera”ya məxsusdur. “İtera” ümumilikdə Gürcüstan istehlakçılarını ildə 300 mln. kubmetrə qədər qazla təchiz edir.