Accessibility links

SOCAR iclas keçirir, həyat yoldaşı 16 villa alan şəxs də iclasa qatılıb


SOCAR vəivəlisinin həyat yoldaşının villaları
SOCAR vəivəlisinin həyat yoldaşının villaları

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR)şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə iclas keçirilir. Ehtimallara görə, həyat yoldaşı Bodrumda 16 villa alan Qiymət Mehdiyevin məsələsi gündəmdə olacaq.

Lent.az saytının məlumatına görə, vaxtaşırı keçirilən iclasda vitse-prezidentlər, idarə və şöbə rəisləri, onların müavinləri, eləcə də digər yüksək vəzifəli şəxslər iştirak edir. Dünən mediada barəsində şok məlumatlar yayılan SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev də iclasa qatılanlar arasındadır.

Sayt yazır ki, yanvarın 24-də mətbuatda Q.Mehdiyevin həyat yoldaşının 20 milyon dollara Bodrumda 16 villa və hektarlarla torpaq sahəsi alması barədə məlumatlar yayılıb. Bildirilir ki, Q.Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır. M. İsmayılov SOCAR sistemində bütün tikinti və maliyyə işlərini kurasiya edir və layihələri Qiymət Mehdiyevin əli ilə həyata keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG