Accessibility links

Mülayim hava şəraiti Soçidə oyunlara mane olur


Mövsüm qeyri-ai yumşaq hava şəraiti Soçidə Qış Olimpiya oyunlarında yarışların keçirilməsinə mane olur. Sinoptiklər bu həftə hava temperaturunun daha da yüksələcəyini proqnozlaşdırır.

Bəzi idmançılar qarın əriməsinin dağ xizəyi yarışlarına mane olmasından narahatlığını bildirib.

Qarın əriməsinə yol verməmək üçün dağ xizəyi idmanı üzrə məşqlər bu gün təxirə salınıb, sprint yarışları isə sulu qar üzərində keçib.

Bəzi idmançılar qarın əriməsinə görə 12 yarım kilometr məsafədə biatlon üzrə yarışlarda yıxılıblar.

Soçidə adətən fevral ayında hava temperaturu 10 dərəcə isti olur, lakin baaar ertəsindən başlayaraq havanın temperaturu 16 dərəcəyə çatıb. Meteroloqlar cümə axşamı gününə qədər temperaturun düşəcəyini, lakin sonradan yenə 15 dərəcəyə çatacağını bildiriblər.

Soçi Olimpiya Oyunları Komitəsinin prezidenti Dmitri Çernışenko jurnalistlərə deyib ki, hələlik xüsusi qar ehtiyalatlarından istifadəyə ehtiyac duyulmur. Bununla belə, Olimpiya Oyunlarının təşkilatçıları bu addımın da atılmasına hazır olduqlarını bildiriblər.

Subtropik iqlimə malik şəhərdə hava şəraitinin olduqca mülayim keçməsi Soçi Olimpiadasının tarixdə ən isti Olimpiya Oyunları kimi yadda qalmasına gətirib çıxara bilər.
XS
SM
MD
LG