Accessibility links

Soçi Olimpiadasında etiraz edən ətraf mühit fəalı həbs edilib


Rusiya polisi Qış Olimpiya Oyunlarının keçirildiyi Soçi şəhərində inzibati idarənin qarşısında tək etiraz aksiyasına çıxan ətraf mühit müdafiəçisi David Xakimi həbs edib. O, 2012-ci ildə baş vermiş insidentlə bağlı ətraf mühit fəalı Yevgeni Vitişkoya keçən həftə üç il həbs cəzası verilməsinə etiraz olaraq aksiya keçirib.

Vitişko və onun müdafiəsinə çıxan ətraf mühit fəalı Krasnodar rayonunun qubernatoru Aleksandr Tkaçova məxsus olan sahə ətrafındakı hasar üzərində təhqir məzmunlu sözlər yazmaqda ittiham ediliblər. Ətraf mühit fəalları Soçi ətrafındakə qoruqda yerləşən meşədə tikilmiş malikanənin Tkaçova məxsus olduğunu bildiriblər.

David Xakim əlində “Yevgeni Vitişkoya azadlıq!” sözləri yazılmış plakat tutduğuna görə saxlanılıb. Polis onun ictimai yerdə aksiya keçirməsinə icazə olmadığını bildirib.

Soçidə Olimpiya Oyunlarının keçirildiyi xüsusi ərazidə nümayişlərin keçirilməsi qadağandır. Məhkəmənin hakimi David Xakim haqda 30 saat icbari əməklə məşğul olmaq qərarı çıxarıb.

Yevgeni Vitişko və David Xakim “Şimali Qafqazda ekoloji vaxta” qrupunun üzvləridir. Qrup Soçidə Olimpiya Oyunlarına hazırlıqlar zamanı nəhəng tikinti lahiyələrinin ətraf mühitə mənfi təsiri ilə bağlı hesabat hazırlayıblar. Qrup Yevgeni Vitişkonun fevralın 12-də aclıq aksiyasına başladığı haqda məlumat verib.
XS
SM
MD
LG