Accessibility links

Uzun zaman sosial mediada təmasda olmaq emosional streslə nəticələnə bilər [Video]


Uzun zaman sosial mediada təmasda olmaq emosional streslə nəticələnə bilər
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Avropa və Birləşmiş Ştatlar internet şirkətləri, rəsmilər və valideynlərin sosial medianın uşaqlar və yeniyetmələr üçün zərərli olduğunu anlamaqda gecikdiklərini deyirlər.

Bugünkü uşaqlar valideyinlərinin yaşadığı dövrdən fərqli bir dövrdə böyüyürlər. “Mən WhatsApp-dan istifadə edirəm və məktəb dostlarımın olduğu bir neçə qrupa daxiləm”, “Mən Instagram and WhatsApp-dan istifadə edirəm”, “Mən WhatsApp, Skype və Google-dan istifadə edirəm” deyə, uşaqlar bildirir.

Ekspertlərin dediyinə görə, uzun zaman sosial mediada təmasda olmaq emosional streslə nəticələnə bilər.

İngiltərə “Uşaq Məsələləri üzrə Komissarlığı”ın yeni hesabatına əsasən, şəbəkələrdə “like”larla ölçülən tanınmaq istəyi kimi bir təzyiq emosional baxımdan zərərlidir. “Uşaqlar Məsələləri üzrə Komissarlığı”dan Ann Lonqfild: “Məktəblərdə 6 və 7 yaşlarında uşaqlar üçün rəqəmsal dərslərin keçirildiyi siniflərin olmasını istəyərdim. Bu, ibtidai sinifdən orta sinifə keçməyə yardım edər. Məktəblər uşaqlara internetdən istifadəni öyrədir, lakin onun emosional təsirlərindən kifayət qədər bəhs etmir.”

2010-cu illə 2015-ci illər arasında emosional baxımdan qeyri sabit uşaqlar arasında intihar halları həddən artıq olub. Lakin bunun sosial media ilə əlaqəsi elmi baxımdan təsdiq edilməyib.

Alimlər eləcə də bu cihazlardan uzun zaman istifadənin yuxuya da təsirindən danışır.

Sosial medianın istifadəçilərin 13 yaşdan yuxarı olmalı olduğunu iddia etməsinə baxmayaraq, bunu ötüb keçmək çətin deyil. “Onlar bu sahədə daha çox iş görməlidir. Əlbəttə valideynlərin də bu məsələdə rolu böyükdür. Onlar uşaqlarla danışmalı və 13 yaşına qədər uşaqların online təmasların faydaları və təhlükəli tərəflərini başa düşdüklərinə əmin olmalıdırlar.”

Lakin valideynlərin çoxu bunu necə etməyi bilmir və onlara təlimlər keçirilməli olduğunu deyirlər. “Biz böyüyəndə belə şeylər yox idi. Valideynlərin özləri bu sahədə çox şeyi bilmədikləri üçün çarəsizdirlər” deyə, valideynlərdən biri bildirir.

Tədqiqatçılar isə deyir ki, internet asılılığına son qoymağın ən yaxşı yolu uşaqları idmanla daha çox məşğul olmağa təşviq etməkdir.

XS
SM
MD
LG