Accessibility links

Solar Impulse 2 Sakit Okeanı da uğurla keçdi


Dünya turunun ən təhlükəli hissəsi olan Sakit Okeanı üzərindən 56 saatlıq uçuşu uğurla başa vuran günəş enerjisi ilə çalışan təyyarə ABŞ-ın Sakit Okeanı sahilindəki Kaliforniya ştatına enib.

Bu uçuşu xüsusi təhlükəli edən uçuş istiqaməti üzərində heç bir fövqəladə eniş məkanının olmaması idi.

Solar Impulse 2 dünən gecə yarısına yaxın Kaliforniyanın Silikon Vadisində Moffett Hava Sahəsinə enib.

Günün əvvəlində San Fransiskonun məşhur Qolden Qeyt körpüsünün üzərindən keçən təyyarə küləyin sürətinin artdığı gecə yarısınadək havada qalıb.

Pilot Bertrand Pikkard deyib ki, Silikon Vadisində enişin səbəbi ideyanın məhz burada formalaşması olub.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG