Accessibility links

Solyndra günəş enerjisi şirkəti iflasa uğrayıb


Solyndra günəş enerjisi şirkəti iflasa uğrayıb
Solyndra günəş enerjisi şirkəti iflasa uğrayıb

ABŞ-ın iki günəş enerjisi şirkəti- SpectraWatt və Evergreen Solar keçən ay iflasa uğradığını bəyan edib. İndi isə onların sırasına Solyndra adlanan şirkət də qatılıb. Kaliforniyada yerləşən Solyndra şirkəti 2009-cu ildə ABŞ hökumətindən 535 milyon dollar məbləğində kredit almışdı. Dünən iflasını elan edən şirkətin 1100 işçisi işsiz qalıb.

Keçən il şirkətdə olan ABŞ prezidenti Barak Obama Solyndranı Amerikanın dinamizmi və ixtiraçılığının nümunəsi adlndırmışdı.

Şirkətlərin iflası qlobal istehsalın 60 faizini təmin edən Çini dünyanın aparıcı günəş sənayesi etmiş olur. Ağ Ev Solyndra-nın iflasına görə narahtlığını bildirib, lakin Amertikanın təmiz enerji sənayesini inkişaf etdirəcəyini bəyan edib.

XS
SM
MD
LG