Accessibility links

Somalidə partlayış


Somalinin paytaxtı Moqadişunun izdihamlı bazarında partlayış 30 adamın ölümü, onlarla insanın yaralanmasına səbəb olub.

Hadisə Kawo-Goday bazarında günorta baş verib.

Təhlükəsizlik rəsmiləri və şahidlərin dediyinə görə, ölənlər arasında alıcılar, satıcılar və əsgərlər olub.

Hücumun məsuliyytini üzərinə alan olmasa da, hücuma görə Əl-Şəbab yaraqlı qruplaşması ittiham edilir.

Somalinin yeni prezidenti Məhəmməd Abdullahi Farmajo Əl-Şəbabı məhv edəcəyinə and içib. O, hücumu qrupun vəhşiliyinin göstəricisi adlandırıb.

Hücumdan əvvəl ölkə başçısı terror qrupunun tez bir zamanda məğlub ediləcəyini demişdi.

Afrika Birliyindəki Somali nümayəndəsi Fransisko Madiera qurumun Somalidəki qüvvələrinin ölkədə sülhün bərpasına sadiq qaldığını deyib.

Əl-Şəbabın yenicə yaydığı videoda qrupun lideri Şeyx Həsən Yaqub Somali prezidentini kafir adlandıraraq, onu dəstəkləyənlərə xəbərdarlıq verib.

XS
SM
MD
LG