Accessibility links

Somalidə Əl-Şəbab yaraqlılarının hücumu nəticəsində 6 hökumət əsgəri öldürülüb


Somalidə Əl-Şəbab yaraqlılarının hücumu nəticəsində 6 hökumət əsgəri və 1 operator öldürülüb. Hərbi baza yaxınlığında törədilən hücum zamanı 13 nəfər xəsarət alıb.

Rəsmilərin bildirdiyinə görə, biri-birinin ardınca hücumlar paytaxt Moqadişudan 70 kilometrlik məsafədə yerləşən Avhduqle şəhərində həyata keçirilib. Daha sonra qüvvələrlə yaraqlılar arasında atışma olub.

Ötən ay Somali rəsmiləri Əl-Şəbab qrupunun intiharçı bomba hücumçusunun Moqadişuda merin ofisində törətdiyi partlayış nəticəsində altı nəfərin öldüyü, mer də daxil olmaqla altı nəfərin yaralandığını bildirib.

Hücum BMT-nin Somali üzrə xüsusi nümayəndəsi Ceyms Svanın Moqadişuya səfərindən bir qədər sonra törədilib. Svan hücumu kəskin qınayıb.

Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbab qrupu prezident sarayı və Moqadişudakı digər hökumət binalarını hədəf alaraq hücumlar törədir.

Əl-Şəbab artıq on ildən çoxdur höküməti devirmək üçün döyüşür. Silahlı qrup 2011-ci ildə bir zamanlar nəzarət etdiyi mövqelərindən imtina edib və o zamandan bəri bir çox istinadgahını itirib.

Lakin qrup ölkənin kənd ərazilərinin böyük hissəsinə nəzarət edir və Qərbin dəstəklədiyi Somali hökümətinə qarşı silahlı qiyam aparır.

XS
SM
MD
LG