Accessibility links

Somalidə partlayış - 5 nəfər həyatını itirib


Somali polisinin bildirdiyinə görə, maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində ölənlər arasında sabiq xarici işlər naziri Hüseyn Elabe Fahiye də var. Paytaxt Maqadişunun prezident sarayı yaxınlığında törədilən hücum zamanı azı 5 nəfər həyatını itirib.

Polis 13 nəfərin xəsarət aldığını bildirib.

Hücumun məsuliyyətini Əl-Şəbab qruplaşması üzrinə alıb. Onlar əsgərlər, qanunvericilər və digər hökumət rəsmilərinin hədəf alındığını bildirib.

Əl-Şəbab ekstremist qrupu mütəmadi şəkildə xaricilər və hökumət rəsmilərinin qaldığı mehmanxanalar və restoranları hədəf alır.

XS
SM
MD
LG