Accessibility links

Somali paytaxtı Moqadişu şəhərində şənbə günü prezident sarayından bir neçə metr aralında intiharçı tərəfindən avtomobil partladılıb. Polisin bildirdiyinə görə, partlayışın arxasında kimin dayandığı aydın deyil.

Şəhərin meri Məhəmməd Hüseyn isə əlavə edib ki, ölüm sayını və zərər haqqında dəqiq məlumat vermək üçün hələ çox tezdir.

Eyni gün polis binasının qarşısında başqa bir partlayış baş verib və hələlik həmin hadisə nəticəsində kiminsə xəsarət aldığı məlum deyil.

Şabaab islamçı qrupu bu ölkədə mərkəzi hökuməti devirmək məqsədilə tez-tez avtomobil partlayışları həyata keçirir. Lakin qrup şənbə günü baş verən partlayışlara görə hələlik məsuliyyəti üzərinə götürməyib.

İslamçı qrupun məqsədi Qərbin dəstəklədiyi mərkəzi hökuməti devirmək, Afrika İttifaqının sülhməramlı qoşunları olan AMISON-un ölkədən çıxarmaq və İslam şəriət qanunlarının özlərinə uyğun interpretasiyasında hökumət qurmaqdır.

Somalidə 1990-cı ildə diktator Məhəmməd Siad Barrenin devrilməsindən sonra zorakılıq və qanunsuzluq halları geniş vüsət alıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG