Accessibility links

Somalidə militant qrup sonuncu istehkamını itirdi


Somalidə qərargahlanan militant əl-Şabab qrupu Keniya qüvvələri tərəfindən hücuma məruz qaldıqdan sonra sonuncu istehkamı olan Kismayonu tərk edib.

Qrup şənbə günü liman şəhərini tərk etdiyini xəbər verib. Keniya qüvvələri cümə günü militant qrupu ölkədən çıxarmaq məqsədilə Kismayoda əməliyyata başladılar.

Keniya hərbi qüvvələri hücumda quru, dəniz və hava qüvvələrindən istifadə olunduğunu və əməliyyatın Afrika İttifaqı və Somali hökumət qüvvələri ilə koordinasiya edildiyini bildirir.

Amerikanın Səsinə müsahibə verən ABŞ dövlət katibinin Afrika məsələləri üzrə yardımçısı Conni Karson əl-Şababın xeyli zəiflədildiyini, lakin tamamilə məğlub edilmədiyini bildirib.

Bəzi sakinlər əl-Şababın Kismayonu tərk etməsinin ardınca şəhərdə militant qrupun qərargahlandığı binalarda qarətlərin başlandığını xəbər verib.
XS
SM
MD
LG