Accessibility links

Somali paytaxtında bomba parlayışında 6 nəfər ölüb


Somali paytaxtında iki maşına yerləşdirilmiş bomba parlayışlarında 6 nəfərin öldüyü, azı beş nəfərin yaralandığı bildirilir.

Maşına yerləşdirilmiş bombalardan biri Moqadişuda yoxlama məntəqəsində partladılıb. Tibb işçilərinin bildirdiyinə əsasən, partlayış nəticəsində dörd nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Şahidlərin verdiyi məlumata görə, intiharçı qarşıdakı əsgərin “dayan” işarəsi verməsindən sonra idarə etdiyi maşını yüksək sürətlə yoxlama məntəqəsinə çırpıb. Şahidlər əsgərin dərhal öldüyünü bildirib.

Yaxınlıqda dayanan üç nəfər və intiharçının özü də partlayış nəticəsində ölüb.

Moqaduşu təcili yardım xidmətinin rəhbəri Əbdülkadir Əbdürrəhman Aden Amerikanın Səsinin Somali xidmətinə ölənlərin sayını təsdiq edib.

Partlayış Somali paytaxtının ən izdihamlı yerlərindən birində baş verib. Yoxlama məntəqsi Daxili İşlər nazirliyi, ölkə parlamenti və başqa yerlərə getmək üçün əsas keçid hesab edilir.

Partlayış nəticəsində ətrafdakı bir neçə binaya zərər dəyib.

Moqadişuda bazar günü bundan öncə başqa keçid məntəqəsinin yaxınlığında törədilmiş partlayış bomba hücumçusunun özü və bir polis zabitinin ölümülə nəticələnib. Polisin bildirdiyinə görə, maşında yerləşdirilmiş bomba polis təqibi zamanı partlayıb.

Bundan üç gün öncə Moqadişunun ən izdihamlı küçələrindən birində avtomobilə yerləşdirilmiş bomba partlayışı 17 nəfərin ölümü, səkkiz nəfərin yaralanması ilə nəticələnmişdir.

XS
SM
MD
LG