Accessibility links

Rəsmilərin və şahidlərin verdiyi məlumata əsasən, Somalinin paytaxtı Moqadişu şəhərinin əsas yol kəsişməsində avtomobil bombasının partlayışı nəticəsində 300-dən çox adam həlak olub və Amerikanın Səsinin müxbiri də daxil olmaqla, 429 nəfər yaralanıb.

Polis rəsmisi Amerikanın Səsinə bildirib ki, Zobe ərazisinə yaxın yerləşən məşğul yol kəsişməsindəki partlayış intiharçı tərəfindən törədilmiş ola bilər. Şahidlər deyirlər ki, partlayış tıxac yaranan zaman baş verib.

Dağıntılar altında qalanlar arasında 5 nəfər diri aşkar edilib. Ziyan dəymiş binalar altında sağ qalanlar olduğu ehtimal edilir.

Somali prezidenti Məhəmməd Abdullahi Farmaajo ölkədə 3 günlük matəm elan edib, bayraqlar yarıya endirilib. Ölkə başçısı terror əleyhinə birliyə səsləyərək, çərin heç zaman qalib gəlməyəcəyini deyib.

Partlayış baş verən ərazidə binalara ciddi xəsarət dəydiyi, maşınların məhv edildiyini və küçənin yanğın içində olduğunu bildirir.

Hökümət əsgərləri ərazini mühasirəyə alıblar. Xilasedicilər məhv olan maşınların və dağılan binaların altında qalaraq ölən və yaralanan insanların olduğunu güman edirlər.

ABŞ və BMT hücumu kəskin şəkildə qınayaraq, həyatını itirənlərə görə bağsağlığı ifadə edib.

Qəzəbli insanlar hücuma görə Əl-Şabab terrorçu qrupuna qarşı etirazlara başlayıb. Paytaxtda nümayişlər keçirilir.

XS
SM
MD
LG