Accessibility links

Somalidə yerdən tapdığı qumbara ilə oynayan qız partlayış nəticəsində ölüb


Somalinin Sul regionunda yerləşən məcburi köçkünlər düşərgəsində şənbə günü qumbaranın partlaması nəticəsində bir uşaq ölmüş, 17 nəfər yaralanmışdır.

“Uşaq düşərgənin yaxınlığında partlamamış qumbara taparaq, onu ağacın altında istirahət edən düşərgə sakinlərinin yanına gətirib. Uşaq qumbara ilə oynamağa başlayandan sonra qumbara partlamış və nəticədə 18 nəfər yaralanmışdır. Uşaq xəstəxanaya aparıldığı zaman, yolda keçinib.” Bu sözləri Sul regionunun polis rəisi Xalif Məhəmməd Əli deyib.

“Mən çox möhkəm partlayış səsi eşitdim və ora qaçmağa başladım. Orada ağlayan anaları gördüm. Yaralanan 18 nəfərdən beşi uşaq idi.” Bu sözləri Amerikanın Səsinə şahid Abdullahi Nur deyib. O əlavə edib ki, “uşaqlar beş on yaş arasında idilər.”

Hadisənin baş verdiyi məcburi köçkünlər düşərgəsi Lasanod şəhərindən şimalda yerləşən Ari Adeye kəndində baş verib. Bu düşərgədə kəskin quraqlıqlar nəticəsində heyvanlarını itirmiş yüzlərlə ailə yerləşdirilib. Partlayış yerli vaxtla səhər saat 10-da baş verib.

Bu cür hadisərlər Somali üçün yenilik deyil. Ölkədə son iki onillik ərzində çox sayda uşaq partlamamış qumbara və ya digər silah növləri ilə oynamaqları nəticəsində həlak olmuş, ya da ciddi xəsarət almışlar.

XS
SM
MD
LG