Accessibility links

Əl-Şəbab Somalidə bir şəhərdə reyd keçirib


Əl-Şəbab militantları Kenya ilə sərhədə bir başqa şəhərə hücum edərək, hökümət insstitutlarına qarşı hücumlarını davam etdirirlər.

El-Vak şəhərinin sakinləri deyir ki, Əl-Şəbab döyüşçüləri bir qrup yerli təhlükəsizlik qüvvələri ilə qısa silahlı qarşıdurmadan sonra şəhərə daxil olub. Daha sonra təhlükəsizlik qüvvələri Somalinin sərhədindən Keniyaya qaçıb.

Militantlar şəhərdəki polis məntəqəsində partlayıcılar partladıb, amma ölənlərin sayı ilə bağlı hələ məlumat yoxdur.

Anbar və yardım agentlikləri reyd olunub

Bir sakin militantların səhər tezdən ərazidə keşik çəkdiyi və pəncərəsindən ağır silahlı döyüşçülər gördüyünü deyib.

Əl-Şəbab militantları
Əl-Şəbab militantları

O, küçələrdə həm də milis dəstələrini daşıyan döyüş maşınlarının olduğunu bildirib.

Bir başqa sakin Əl-Şəbab militantlarının yerli yardım təşkilatının sahib oluğu anbarda reyd keçirib.

Bundan əlavə militantlar daha iki yerli yardım təşkilatının ofisində reyd keçirərək, təcili tibbi yardım maşınlarını və kompyuterləri ələ keçirib.

Sakinlər deyir ki, Əl-Şəbab militantları daha sonra şəhəri heç bir qarşıdurma olmadan öz istəkləri ilə tərk ediblər.

Ölənlərin sayı bilinmir

Əl-Vak Keniya ilə sərhəddə yerləşir və Somalidəki Afrika İttifaqı Misiyasının bir hissəsi olaraq xidmət göstərən qüvvələrə təchizat daşıyan Keniyanın hərbi konvoyları üçün əsas tranzit nöqtəsidir.

Sentyabrın 3-də Əl-Şəbab döyüşçüləri Kismayo şəhərindən 30 kilometr şimalda yerləşən Buloqudud şəhərində Somalinin hərbi düşərgəsində reyd keçirərək, 7 nəfərin ölümünə səbəb olub. Sentyabrın 11-də isə Keniya ilə sərhəddə Beled Havo şəhərində buna bənzər hücum keçirərək, 14 əsgər daxil olmaqla, 16 nəfəri öldürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG