Accessibility links

Somalidə bir il öncə həyata keçirilən terror aksiyası qurbanlarının xatirəsi anılıb


Bu gün Somalidə minlərlə insan bir il öncə həyata keçirilən terror aksiyası qurbanlarının xatirəsini anıb. K-5 yol ayrıcında törədilən hücum 587 insanın həyatına son qoyub.

“2017-ci ilin oktyabrın 14-ü Somalinin qara günü idi

Somali hökuməti hazırda paytaxt Moqadişu şəhərinin əsas yol kəsişməsinin adını “14 oktyabr kəsilməsi”nə dəyişib.

Şəhər meri Əbdürrəhman Ömər Osman çox sayda insanın anıma toplaşmasını somalilərin terroru rədd etməsinin göstəricisi adlandırıb.

“2017-ci ilin oktyabrın 14-ü Somalinin qara günü idi. Həmin gün faciə Somali xalqına terror əleyhinə birləşdirdi”- deyə, mer bildirib.

Hücumdan 10 gün sonra xilas komitəsi 225 adamin itkin kimi qeydə alındığını bildirmişdi. Onların çox azının cəsədi tapılıb. Cəsədləri aşkar edilməyənlər ölü elan edilib.

Hücumdan sonra yüzlərlə uşaq kimsəsiz qalıb. Onların 1547-i 15 yaşından aşağı uşaqlardır.

Qəzəbli insanlar hücuma görə Əl-Şabab terrorçu qrupuna qarşı etiraz aksiyaları keçirib.

Əl-Şəbab hücumun məsuliyyətini üzərinə almayıb.

Son 10 il ərzində qrup höküməti devirmək və Somalidə şəriət qanunu tətbiq etmək kampaniyasının bir hissəsi olaraq Moqadişuda onlarla otel, restoran və digər məkanları bombalayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG