Accessibility links

Somalidə intiharçı bomba hücumu


Puntland, Somalia

Somalinin mərkəzində bölünmüş Qalkayo şəhərində çay restoranına intiharçı bomba hücumu zamanı azı dörd Somali hökümətinin əsgəri öldürülüb, altısı yaralanıb. Hücum şəhərin Puntland yarı-muxtarregionunun nəzarət etdiyi şimal hissəsində baş verib.

“İntiharçı jilet geyinmiş gənc bir şəxs hökümətin təhlükəsizlik rəsmiləri və onların cangüdənlərinin toplaşdığı restorana doğru irəlilədi və özünü partlatdı," deyə şahid Amerikanın Səsinə bildirib.

Regiondakı hökümət rəsmiləri ölənlər arasında iki yüksək rütbəli ordu komandirin olduğunu təsdiq edib.

Somali təhlükəsizlik rəsmiləri Amerikanın Səsinə bildirib ki, şəhərin təhlükəsizlik patrul komandasının komandiri polkovnik Hukun Abdullahi Məhəmməd, Somali ordusunn yükəsək səviyyəli rəsmisi Abdikani Əhməd Geyre, bir digər ordu polkovniki və onların cangüdənlərindən biri hücumda ölüb.

Galkayo Somalinin bölünmüş Mudug regionunun paytaxtıdır. Şəhərin şimal hissəsi Puntland regional ştatının nəzarəti altındadır, cənubu isə Qalmuduq ştatının.

Hücumun məsuliyyətini üzərinə alan olmasa da, o, daha öncəki əl-Şəbab hücumlarına bənzəyir. Militant qrup son illərdə Moqadişuda onlarla hökümət binası, otel, restoran və başqa hədəflərə hücum edib.

Şəhərin meri Hirsi Yusuf Barre müxbirlərə deyib ki, onlar hücumla bağlı istintaq aparır.

Bu hücumda hədəf alından komandirlər Qalmuduq və Puntland ştatlarındakı yüzlərlə ordu zabitinə nəzarət edirdi və Somalidə Afrika İttifaqı Missiyası, BMT və digər tərəfda.ların vasitəçiliyi ilə 2017-ci ildə əldə olunan atəşkəs razılığının çərçivəsində bölünmüş şəhərdə birgə keşik çəkirdi.

Somalidə 1991-ci ildə Məhəmməd Siad Barrenin hakimiyyətdən devrilməsindən bəri münaqişə yaşanır. O zaman qəbilələrarası davamlı döyüşlər nəticəsində bir çox günahsız insan həyatını itirib. Amma son 20 ildə paytaxt Moqadişu daxil olmaqla böyük şəhərlərdə iğtişaşın əsas səbəblərindən biri əl-Şəbəb silahlı qrupudur.

XS
SM
MD
LG