Accessibility links

Somalidə öldürülən Azərbaycan vətəndaşının kimliyi açıqlanıb (Yenilənib)


Turkey Somalia
Turkey Somalia

Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölən və yaralanan Azərbaycan vətəndaşlarının kimliyi müəyyənləşib.

APA-nın məlumatına görə, hadisə zamanı Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.

Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb. Bu barədə məlumatı APA-nın yerli bürosuna ailənin yaxın qohumu, Göyçay sakini Şahin Yaqubov verib. Onun sözlərinə görə, uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən Ə. İsmayılov “Turkish Airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən Türk Özəl Liseyində müəllimi olub. Türk liseyinin direktoru, Əflatun İsmayılovun yeznəsi Bülənt Ərgünəş telefonla zəng edərək onun qardaşı Aslan İsmayılova hadisə barədə məlumat verib. Bülənt Ərgünəşin sözlərinə görə, içərində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu liseyə məxsus mikroavtobus silahlı hücuma məruz qalıb. Həmin vaxt avtomobildə 6 müəllim və 6 şagirdin olduğu bildirilir. Nəticədə 6 nəfər ölüb, digərləri ağır yaralanıb.

***

"Azərbaycanın Ankaradakı səfirliyi Somalidə həlak olan Azərbaycan vətəndaşının kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır". Bu barədə Azərbaycan Xarici İçlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Somalinin paytaxtı Moqadişoda martın 30-da içərisində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu nəqliyyat vasitəsinə silahlı hücum edildiyini bildirib. Nazirlik hücum nəticəsində həlak olanlar arasında bir nəfər Azərbaycan vətəndaşının olduğunu qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG