Accessibility links

Somalidə növbəti terror hücumu


Somali paytaxtı Moqadişuda bu gün restoranın qarşısında avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 7 nəfər ölüb.

Hadisənin baş verdiyi restoranın Daxili İşlər və Gənclər və İdman Nazirliklərinin yaxınlığında yerləşdiyi deyilir. Hökumət sözçüsü 10 nəfərdən çox insanın yaralandığını bildirib.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, hücum vəzifəsinin icrasına yeni başlayan təhlükəsizlik naziri Məhəmməd Əbukar İslonun təhlükəsizlik tədbirlərini gücləndirəcəyi barədə vədindən sonraya təsadüf edir.

Hücuma görə məsuliyyətini üzərinə götürən olmayıb. Lakin Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbəb ekstremist qrupu buna bənzər hücumlar həyata keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG