Accessibility links

Somalidə İslam Dövləti qrupunun 13 yaraqlısı öldürülüb


ABŞ ordusunun bəyanatına görə, Amerikanın Somalidə İslam Dövləti qrupuna qarşı hava zərbələri nəticəsində 13 yaraqlı öldürülüb.

ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) bildirib ki, cümə günü hücum Qolis dağlarında həyata keçirilib. Bəyanatda mülki vətəndalar arasında ölən və ya xəsarət alan olmadığı deyilir.

Bu yaxınlarda Somalidə daha bir hava reydi zamanı 3 İŞİD yaraqlısı öldürülüb.

AFRICOM bildirib ki, aprel ayında İŞİD-in Somalidəki lideri Əbdulhakim Quduq qətlə yetirilib.

İŞİD Somalidə yeganə terrorçu qrupu deyil. Bu ölkədə Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbab qrupu dağlarda geniş yayılıb.

XS
SM
MD
LG