Somalinin paytaxtı Moqadişuda oteldə böyük partlayış olub.
Təhlükəsizlik qüvvələrin verdiyi məlumata görə, partlayış cümə günü Maka Əl-Mukarama otelində baş verib.
Şahidlər otelin qapısının yanında güclü partlayış səsi, bir neçə dəqiqə sonra isə silah səsi eşitdiklərini deyirlər.
Reuters xəbər agentliyi polisə istinadən Əl-Şəbab militant qrupunun döyüşçülərinin binanın içində olduğunu bildirib.
Hücumun məsuliyyətini Əl-Şəbab qrupu üzərinə götürüb.